“Aztelekom”da əməliyyat keçirilməsi xəbərinə - Rəsmi Reaksiya

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində FETÖ ilə bağlı əməliyyat keçirilməsi haqda məlumat yayılıb.

Sabahinfo.az xəbər verir ki, Gununsesi.info-nun məlumatına görə, nazirliyin tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti olan “Aztelekom”da keçirilən əməliyyatda iki şəxs saxlanılıb. İddiaya görə, həmin şəxslərə qarşı elan edilən rəsmi ittihamın nədən ibarət olması bilinməsə də, onların FETÖ-çü olduğu ehtimal edilir.

Xəbərə “Aztelekom” MMC reaksiya verib: “Müxtəlif kütləvi informasiya vasitələrində hüquq mühafizə orqanları tərəfindən “Aztelekom” MMC-də iki şəxsin həbs edilməsi barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, “Aztelekom” MMC-yə hüquq mühafizə orqanları tərəfindən mövzu ilə əlaqədar hər hansı sorgu, məlumat və s. daxil olmayıb.

Bu kimi təsdiqini tapmayan məlumatların hansı səbəblərdən kütləvi informasiya vasitələrinə sızdırılması “Aztelekom” tərəfindən araşdırılır.

Media nümayəndələrini rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”.