900 illik mumiya tapıldı - Foto

Perudakı antik şəhər və qazıntı işləri aparılan ərazinin girişində 900 illik tarixə malik mumiya tapılıb.

Sabahinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər mumiyalanmış şəxsin cinayət qurbanı olduğunu düşünürlər.

Mumiya bir karton qutunun içində iplə sarılmış vəziyyətdə olub. Zibili yığışdıran işçilərdən biri sirli qutunu açmaq qərarına gəlib. Əvvəlcə mumiyanı yeni öldürülmüş və zibilə atılmış insan zənn edib. Lakin sonradan tapdığı cəsədin mumiya olduğu bilinib.

Mumiyanın inklərin yaşadığı dövrdən əvvələ aid olduğu güman edilir.