AZAL qiymətləri aşağı saldı

Manatın ucuzlaşmasından sonra qiymətləri artıran "Azərbaycan Hava Yolları” (AZAL), bir sıra iatiqamətlər üzrə qiymət endiriminə başlayıb.


Sabahinfo.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları” məlumat yayıb.


Məlumata görə, AZAL Barselona, Lvov, Berlin, Paris, Roma, Milan, Praqa, Bişkek, Minsk, Tel-Əviv və Dubay istiqamətindəki uçuşlarında ("ora və geriyə”) xüsusi 20% güzəşt aksiyası keçirir.


Şərtlərə görə, uçuş tarixləri 16.04.2015 - 01.07.2015 tarixləri müəyyən olunub.

Həmçinin, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir, bu siniflər üzrə "mile-ballar” hesaba əlavə olunmur və yerlər məhdud olar bilər.