Azərbaycan filmləri Beynəlxalq Turizm Filmləri Festivalında

Aprelin 25-26-da "Tourfilm - Riqa 2015" 8-ci Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək.Sabahinfo.az Mədəniyyət və Tusrizm Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın da təmsil olunacağı festivalda "Lahıc" (rejissor Tofiq Şahverdiyev) filmi "Mədəni turizm" və "Ekoturizm" nominasiyalarında, "Vulkanın nəfəsi" (rejissor Adil Azay) filmi isə "Ekoturizm" nominasiyasında nümayiş olunacaq. Hər iki film dövlət sifarişi ilə "Azanfilm" studiyasında istehsal edilib.Həmçinin festivalın "Reklam filmləri" nominasiyasında "Rixos Quba" reklam çarxı nümayiş etdiriləcək.

Festivalın proqramında ümumilikdə beş nominasiya üzrə iki yüzə yaxın film yer alıb.