Azərbaycan neftinin bahalaşması davam edir

Azərbaycan neftinin qiyməti artmaqda davam edir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar idarəsindən verilən məlumata görə, London birjasında dünən keçirilmiş hərraclarda "AzerLight” markalı neftin bir barelinin qiyməti 0,2% və ya 0,12 dollar artaraq 60,20 dollar olub.