Çarli Çaplinin qızına ibrətamiz məktubu

O, dünya kinomatoqrafiyasının ulduzunun qızıdır. Onsuz dünya kinomatoqrafiyasını qiymətləndirmək qeyri-mümkündür. Hələ 1965-ci ildə aktyorluq sənətinə yenicə qədəm basan qızcığaz yetmiş altı yaşlı atasından milad məktubu alır.

Bu məktub böyük bir epoxanın təmsilçisinin gülüş dolu həyatının əslində acı həqiqətlərlə dolu olmasından bəhs etməsi idi.

Bu böyük insan 76 yaşlı Çarli Çaplin idi.

"Qızım!

İndi gecədir, milad gecəsidir. Sən necə də məndən uzaqsan, amma sənin siluetin mənim gözümün qarşısındadır. Sənin portiretin burdadır, stolumun üstündə, ürəyimin yanındadır. Bəs sən hardasan?

Sirli Parisdəsənmi, Yeliseyin əsrarəngiz səhnəsindəmi oynayırsan?

Gecənin sakitliyində hərdən sənin addım səslərini eşidirəm, sənin parıldayan gözlərini görürəm.

Mən "Tatar xanın əsiri İran şahzadəsi " tamaşasında necə oynadığını bilirəm. Əgər ulduz olub səhnələrdə parlayacaqsansa, alqışlar səni meyxoş edəcəksə və gətirilən qızıl güllərin ətirləri başını gicəllədəcəksə, kənara çəkil və məktubumu oxu, ürəyinin səsinə qulaq as.

Mən sənin atanam, Jeraldina! Mən-Çarliyəm, Çarli Çaplin! Sən bilirsənmi ki, neçəgecə beşiyinin kənarında oturub nağıllar oxumuşam. Gözlərim qapananda isə yuxunu qovurdum, deyirdim ki, bu mənim qızcığazımın arzularıdır.

Mən sənin arzularını görürdüm, Jeraldiniya, gələcəyini hiss edirdim. Mən səhnədə rəqs edən qızı görürdüm, səmada uçan mələyi görürdüm. İnsanların pıça-pıçlarını eşidirdim, onlar deyirdi ki, görürsünüz bu qızı? Bu qız qoca təlxəyin qızıdır. Xatırla ki, onun adı Çarli idi. Bəli mən Çarliyəm-qoca təlxək! Bu gün sənin oynamaq növbəndir! Mən cırığı olan şalvarda oynayırdım, amma sən, şahzadənin ipək paltarında rəqs edirsən. Bu rəqslər və alqışlar səni göylərə qaldıracaq. Uç, göylərə doğru, uç! Amma yerə dönməyi unutma! Sən adi insanların həyatını görməlisən, küçə rəqqaslarının necə soyuqdan dondurlarını və acıdıqlarını görməlisən. Mən onlar kimi idim, Jeraldinia. Sən o sehirli gecələrdə danışdığım nağılların sədası altında yatarkən, dünyanın ən xoşbəxt adamıydım və səhərəcən gözümə yuxu getmirdi.

Mən sənin gözəl simana baxırdım, sənin ürək döyüntünə qulaqa asırdım və özümə sual verirdim "Çarli, bu pişik nə zamansa səni tanıyacaqmı?" Sən məni tanımırsan, Jeraldiniyo. Sənə uzaq keçmişdə çoxlu nağıllar danışırdım, amma heç zaman öz həyat hekayəmi danışmamışam. Deyim ki, bu hekayə heç də digərlərindən maraqsız deyil. Bu hekayə səfil təlxəyin Londonun kasıb məhlələrində oxuyub, oynamaq və dilənməyindən bəhs edir. Bax bu mənim hekayəmdir, evsizliyin, aclığın nə olduğunu mən onda dərk etmişəm. Mənə ən çox təsir edən oynayan təlxəyin dilənməsi idi. Okean qədər qüruru olan təlxək atılan qəpiklər altında əzilirdi. Bunlara baxmayaraq, mən sağam və bunu keçmişdə qoyuram.

Ən yaxşısı, sən haqda danışaq. Sənin adından sonra mənim soyadım gəlir, Jeraldina Çaplin. Mən bu soyadla 40-ildən artıqdır insanları güldürmüşəm. Amma onların güldüyündən çox mən ağlamışam.Jeraldinia, sən yaşadığın dünya təkcə rəqs və musiqidən ibarət deyil.Sən gecə böyük teatrlardan çıxıb evə qayıdarkən, varlı fanatlarını unuda bilərsən, amma səni evə aparan sürücüdən mütləq həyat yoldaşının kefini soruşmağı unutma.

Əgər onun həyat yoldaşı hamilədirsə və ya pulları yoxdursa onun cibinə pul qoy. Mən sənin xərclərini ödənməsinə görə banka göstəriş vermişəm, amma hərdən metro və avtobudan istifadə etməyi unutma. Hərdən hava yaxşı olanda piyada gəz və ətrafına fikir ver.

İnsanlara bax, kimsəsizlərə xüsusən. Mən ən azı gündə bir dəfə özümə "onlar kimiyəm" deyirəm. Bəli, qızım, sən onlardan birisən!

Yaradıcılıq göylərə uçmaq üçün insana qanad verməzdən əvvəl mütləq ayaqlarını qırır. Əgər sən bir gün tamaşaçıların üstün olduğunu hiss edərsənsə, o an səhnəni tərk elə.

Əvvəl, taksi ilə Parisin kənarına get, mən oraları çox gözəl tanıyıram. Orda sənin kimi oynayanları görəcəksən. Hətta onların səndən də gözəl olduqlarını duyacaqsan. Sənin gözlərini kor edən səhnə projektorları orda olmayacaq. Unutma ki, onların projektorları ayın işığıdır. Diqqətlə bax, onlar səndən daha gözəl oynayırlarmı? Qızım, qəbul et, həmişə səndən daha gözəl rəqs edən tapılacaq! Mən öləcəm, amma sən yaşayacaqsan və istəyirəm ki, sən heç zaman kasıblıq üzü görməyəsən.

Məktubla yanaşı sənə çek kitabcamı göndərirəm, pula nə qədər ehtiyacın varsa, xərclə. Amma iki frank xərclədikdə unutma ki, üçüncüsü sənin deyil o tanımadığın və ehtiyacı olana qismət olmaldır. Mən sənə pullar haqda ona görə danışaram ki, onların şeytani qüvvəsini his etmişəm. Mən sirkdə çox olmuşam və həmişə ip üstündə gəzənlər üçün çox narahatçılıq keçirmişəm, amma sənə deyim ki, adi insanlar həmişə yerə bərk yıxılırlar.

Bir gün briliyantın parıltısı sənin gözlərini kor edə bilər, həmin andan həmin daş sənin kanatına çevriləcək. Həmin kanatdan yıxılmağın isə qaçılmaz olacaq. Günlərin bir günü qarşına gözəl ağ atlı şahzadə çıxacaq, amma öz qəlbini qızıla, pula və zinət əşyalarına satma. Unutma ki, sənin ən böyük briliyantın sənin ürəyindir. Zamanı gələndə, sevəcəksən, ondan həmin adamı bütün qəlbinlə bağlan. Sevgi ilə bağlı anana demişəm ki, daha çox sənlə danışsın, o bu barədə məndən daha çox bilir.

Sənin bədənin sadəcə ipək parçası ilə örtülüdür. Səhnə üçün soyunmaq da olar, amma ordan dönəndən sonra geyinməyinlə bərabər təmizliyini də qorumağı unutma. Mən qocayam, bəlkə mənim sözlərim çox gülməli səslənə bilər, amma mənim düşüncəmə görə sənin çılpaq bədəninə çılpaq ruhunu sevən adam yiyələnə bilər.Gözlərimin yaşı yazdığım məktuba tökülməmiş inanmaq istəyirəm ki, bu günkü milad gecəsi möcüzələr gecəsinə çevriləcək.

İstərdim ki, möcüzə baş versin və sən həqiqətən dedikərimi anlayasan.Çarli artıq qocalıb, Jeraldina. Gec -tez sənin əynindəki ağ ipək əlbisə matəmin qara geyiminə çevriləcək ki, mənim qəbir üstümə gələsən. Sənin kefini pozmaq istəmirəm, amma zamanla sən aynaya baxanda, mənim üz cizgilərimi öz hüsnündə görəcəksən. Sənin damarlarında mənim qanım axır. Damarlarımda qan qurusa belə, sənin damarlarında mənim qanım axmağa davam edəcək. İstərdim ki, sən öz atanı unutmayasan. Mən heç zaman mələk olmamışam, amma həmişə adi insan olmağa çalışmışam.

Öpürəm Jernaldina, sənin Çarlin 1965 -ci il".

(ATV)