Daha bir "İŞİD" lideri öldürüldü

İraqda "İŞİD" terror qruplaşmasının liderlərindən biri öldürülüb. Sabahinfo.az-ın Vesti.ru-a istinadən məlumatına görə, Əbu ibrahim aş-Şişani ləqəbli terrorçunun ölüm xəbərini İraqın dövlət televiziyası yayıb. Televiziyanın yaydığı məlumatda deyilir ki, Əbu ibrahim aş-Şişani Səlah-ed-Din əyalətinin terrorçulardan azad edilməsi əməliyyatı zamanı məhv edilib.