Ərəb şeyxi fətva verdi: "Kişi arvadını kəsib yeyə bilər"

Səudiyyə Ərəbistanı müftisi Əbdüləziz Ali Şeyx son günlər əcaib bir fətva ilə çıxış edib.Lent.az-ın islaminsesi.org saytına istinadən məlumatına görə, müfti deyib ki, əgər kişi ölümcül həddə qədər aclığa düçar olsa və yeməyə heç nə tapmasa, öz qadınının bir hissəsini və ya bütün bədənini kəsib yeyə bilər: "Qadın öz həyat yoldaşına fədakarlıq və itaətini dərk etməlidir. Qadın hiss etməlidir ki, onların hər ikisi bir bədəndir. Əgər kişi ölümcül həddə qədər aclığa düçar olsa və yeməyə heç nə tapmasa, öz qadınının bir hissəsini və ya bütün bədənini kəsib yeyə bilər".

Şeyxin bu qəribə fətvası sosial şəbəkələrdə böyük mübahisəyə və qalmaqala səbəb olub.

Bundan əlavə, bir həftə əvvəl şeyx qızların 15 yaşından aşağı nikaha daxil olmalarına icazə haqda da fətva verib.