Güclü külək Bakı aeroportunun işinə təsir göstərməyib

Bakıda əsən güclü külək Heydər Əliyev adına Beynəlxalq Hava Limanının işinə maneə törətməyib.

Sabahinfo.az xəbər verir ki, bunu Trend-ə "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) bildiriblər.

Müşahidə olunan külək axşama qədər sakitləşəcək.

Bakıda və Abşerom yarımadasında bu gün üçün dəyişkən buludlu hava şəraiti gözlənilir, vaxtaşırı hava dumanlı, əsasən yağışsız olacaq.

Gündüz havanın temperaturu 15-18 dərəcə isti olacaq.