Gülşən Mustafanın yeni çapdan çıxmış "Kəpənək ömrü” şeirlər kitabınını oxuyarkən onun iç dünyasına səyahət edəcək və ruhu ilə tanış olacasqınız.
Şairin yaradıcılığında əsas yeri haqq - ədalət və daxili dünyanı əks etdirən hislər tutur. Onun insanların mənəvi zənginliyinə verdiyi üstünlüyü şeirlərində duyacaqsınız. Vətən adlı bir yarasının daima sızladığının şahidi olacaqsınız. İnanırıq ki, şairin sevgi dolu şeirlərində özünüzü tapacaqsınız.