İctimai Birlikdən Azay Quliyevə təbrik

"Tərəqqi sosial-iqtisadi araşdırmalar” İctimai Birliyi Azay Quliyevi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri seçilməsi münasibəti ilə təbrik edir, ona fəaliyyətində uğurlar arzu edir.

Təşkilatın sədri İndira Şəmsivari KİV-ə açıqlamasında deyib ki, Azay Quliyevin yenidən Şuraya sədr seçilməsi QHT İnstitutlarının daha təkmil formalaşmasında, vətəndaş cəmiyyəti institutlarının daha da inkişafında öz müsbət rolunu oynayacaq. İ.Şəmsivari onu da deyib ki, ümumilikdə Şura üzvlülüyünə keçirilən seçkilərdə Şura katibliyinin yüksək səyi nəticəsində şəffaflıq qorunub saxlanılıb. Dünyaya örnək olacaq bu seçkilərdən heç kim narazı qalmayıb. Bu isə onu deməyəyə əsas verir ki, QHT sahəsində şəffaflığın qorunması prioritet məsələlərdəndir.