"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) metroda gediş haqqının artırılması ilə bağlı məsələyə aydınq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən qiymət artımı ilə əlaqədar Tarif (qiymət) Şurasına müraciət edilməyib.
N.Paşayev vurğulayıb ki, metroda gediş haqqının bahalaşması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.