Pearson-un Azərbaycandakı yeganə təmsilçisi olan Oxbridge Academy, Azərbaycan Diplomatik Akademiyasının tərəfdaşlığı ilə 2016/2017 tədris ili üçün EDEXCEL İmtahan Mərkəzi tərəfindən tərtib olunmuş International Lower Secondary (12-14 yaş), International GCSE(14-16 yaş) və A-Level (16-19 yaş) proqramlarına şagirdlərin qəbulunu elan edir. Tədris proqramı Böyük Britaniya təhsil sisteminin tələbələrinə əsasən tərtib edilmişdir. Dərslər İnglis dilində aparılır.
Britaniya Təhsil sisteminin tərkib hissəsi olmaqla 150 illik tarixə malik Pearson, 80-dən artıq ölkədə təmsil olunan nümayəndəlikləri və 40,000 peşəkar işçiləri ilə dünyanın ən aparıcı təhsil və media şirkətidir.
Pearson tələbələrin həyatlarının təlim vasitəsilə inkişafında əhəmiyyətli təsiri olan məhsul və xidmətlərin yaradılmasına yönəlmişdir.
Hər il dünyada 11 milyardan artıq tələbə Pearson texnologiyalarından istifadə edir.
Dərslər təhsil sahəsində 150 illik təcrübə ilə beynəlxalq səviyyədə lider olan və dünyanın 80-dən artıq ölkəsində təmsil olunan Pearson şirkətinin proqramları üzrə ingilis dilində tədris olunur.
Təhsilini uğurla başa vurmuş şagirdlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin tam orta təhsil haqqında attestatı və Edexcel (Pearson) tərəfindən Britaniya standartlarına uyğun beynəlxalq tam orta təhsil sertifikatıyla təltif edilirlər.