Polşa yoxsa Portuqaliya?

Bu gün "Avro-2016”nın 1/4 final mərhələsinin ilk oyunu keçiriləcək.

Yarımfinal uğrunda ilk qarşılaşmada Polşa və Portuqaliya milliləri üz-üzə gələcək.

Qeyd edək ki, cütün qalibi yarımfinalda iyulun 1-də keçiriləcək Uels – Belçika oyununun qalibi ilə qarşılaşacaq.

Avropa çempionatı, 1/4 final

30 iyun

23:00. Polşa - Portuqaliya
Baş hakim: Feriks Brıx
Yan xətt hakimləri: Mark Borş, Ştefan Lupp
Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)
Dördüncü hakim: Milorad Majiç
Marsel. "Velodrom" stadionu