Prezident Heydər Əliyevin məzarını ziyarət etdi

Bu gün görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 93-cü ildönümüdür.

Azərbaycan prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, məzar önünə əklil qoyub.