“Qafqaz əmirliyi” qruplaşmasının rəhbəri öldürülüb

Dağıstan Respublikasında keçirilən xüsusi əməliyyat zamanı "Qafqaz əmirliyi” qruplaşmasının rəhbəri Əliasxab Kebekov öldürülüb.

Sabahinfo.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Milli Antiterror Komitəsinin yaydığı xəbərdə deyilir.

Gerey-Avlak qəsəbəsində keçirilən əməliyyat nəticəsində 5 terrorçu zərərsizləşdirilib. Doku Umarovun xələfi sayılan A. Kebekovdan başqa cinayətkar qruplaşmaların başçıları Şamil Hacıyev və Ömər Maqomedov qətlə yetirilib.