Qubanın AĞ GÜNÜ

Bu gün Qubadan söz düşəndə onun da adı simasını yaxşılığa doğru dəyişmiş rayonların sırasında çəkilir. "Regionların Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqram”larının son illər uğurla həyata keçirilməsi bu bölgənin sakinlərinə imkanlar açıb.

Image result for Quba rayonu

Qədim Quba torpağının qapısı Qubada indi elə bir sahə yoxdur ki, orada dövlət qayğısı hiss olunmasın. Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun tikilib istifadəyə verilməsi, Qubanın əksər kəndlərinə yeni yolların və digər kəndlərində torpaqtökmə işlərinin görülməsi, rayondaxili yollara asfalt çəkilməsi, yeni sosial obyektlərin inşası, su-kanalizasiya, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, ən əsası dövlət əhəmiyyətli obyektlərin son 6 ayda tikilməsi, Şəhidlər Xiyabanının yenidən qurulması və sair işlər bu dediklərimizə əyani misaldır. Quba RİH başçısı Yaşar Məmmədovun rəhbərliyi altında Quba rayonunda 1 ilə bitəcək işlər 4-5 aya həll edilib. Bu fakt da sevinc doğurur. Son vaxtlar Quba şəhərində çoxmərtəbəli yaşayış evlərinin tikilməsi, evlərin dam və fasadların pulsuz qurulması və yaşıllıqların artması sakinlərdə haqlı qürur hissi doğurur.

Image result for Quba rayon icra başçısı

***

Cəlbedici landşaft,təmizhava, çaylar, şəlalər, saf bulaqlar, sıx meşə. Bütün bunlar Qubaya turistləri cəlb edən başlıca səbəbdir. Ölkəmizin bu füsunkar ərazisi kənd turizmi üçün ideal məkandır.

Dünya Turizm Təşkilatı 2020-ci ildə turizm üzrə gəlirlərin 2 trilyon dollar olacağına, bunun da 20%-ə qədərinin kənd turizminin payına düşəcəyini açıqlayıb. Zəngin turizm potensialına sahib Azərbaycanda da kənd turizminə maraq böyükdür. Xüsusən də paytaxta yaxın ərazidə yerləşən Quba turistlərin ən sevimli məkanına çevrilib. İlin elə fəsli olmaz ki, bura yerli və əcnəbi qonalar gəlməsin. Bu qədim və gözəl diyar tarixi-memarlıq abidələri, mehriban insanları, tolerantlığı ilə də qonaqlarını heyran qoyur.

Image result for Quba rayon icra başçısı

Qubada ən müassir infrastruktura malik istirahət mərkəzləri, komfortlu hotellər və restoranlar kifayət qədərdir. Bəzi turistlər isə kənd evlərində dincəlməyə üstünlük verirlər. Mövsüm ərzində qələbəliyin hökm sürdüyü ərazilər sırasında Qubanın Qəçrəş adlanan ərazisinin xüsusi yeri var. Təmiz hava, yam-yaşıl meşə, ekoloji təmiz qida... Qəçrəş, piknik etmək istəyənlər üçün əla məkandır. Turistlər burda xoş vaxt keçirir, yerli sakinlər isə turizmin faydalarından yararlanır.

Kənd turizmin faydaları çoxdur. Bu əhalinin işsizlik səviyyəsinin azalmasına, eyni zamanda kənddə yaşayan insanların əməyindən səmərəli istifadəyə imkan verir. Məsələn, Qəçrəşə dincəlməyə gələn turistlərin kənd məhsulları ilə yanaşı təmiz dağ balı da əldə etmək imkanları olur.

Qeyd edək ki, ötən il Qubaya 80 mindən çox turist gəlib. Bu il isə turistlərin sayının 100 mindən artıq olacağı proqnozlaşdırılır.

***

Quba rayonu turizm sahəsi lə yanaşı kənd təsərrüfatının inkişafı baxımından da mütərəqqi uğurlara imza atıb. Bu gün Quba rayonunda sahibkarların kənd təsərrüfatı sahəsində fəaliyyət göstərməsi üçün bütün lazımı işlər görülüb. Bu da öz növbəsində Qubanın sosial iqtisadi inkişafında mühüm rol oynayır. Qubaya səfərimiz zamanı söbhətləşdiyimiz sahibkarların bir çoxu rayon rəhbərliyinin sahibkarlığın inkişafında gördüyü işləri yüksək qiymətləndirib, sahibkarlığın inkişafı üçün münbit şərait yaradıldığını bildiriblər.

***

Vətəndaşların sosial problemlərinin həllini diqqətdə saxlayan rayon rəhbərliyi işsizliyin minimum həddə salınması yönünüdə ciddi addımlar atmaqdadır. Araşdırmalar da onu deməyə əsas verir ki, son illərdə rayonda yaradılan yeni-yeni infrastruktur obyektləri rayon sakinlərinin daimi işlər təmin olunmasında ciddi alim kimi diqqəti cəlb edir. Eyni zamanda rayonda pensiya və şəhid ailələri, mühharibə veteranlarının sosial problemləri də dərhal həll edilir.

Yusif Məhəmmədoğlu

Bakı-Quba-Bakı