Ramil Usubov sabaha iclas çağırdı

Dünən məzuniyyətdən qayıdan Daxili işlər naziri, general-polkovnik Ramil Usubov aprelin 16-na iclas təyin edib.


Sabahinfo.az-a verilən məlumata görə, nazirin göstərişi ilə kollegiyada DİN rəhbərliyində təmsil olunan bütün şəxslər iştirak edəcək.

Kollegiyada Bakı Avropa Oyunları zamanı paytaxtda kriminogen duruma nəzarət və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələ müzakirə olunacaq.