Tovuzda 17 yaşlı oğlan başından güllələndi

Tovuzda qətl törədilib.

Hadisə ötən gün rayonun Qala burnu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu baş nahiyəsindən ov tüfəngi ilə güllələnib.

Məlumata görə, qətli törədən şəxs məlumdur və onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb.

apa