27 prezident Putinə hə dedi

Moskvada 9 May Qələbə Gününə həsr edilmiş tədbirə ümumilikdə 27 dövlət və hökumət başçısı qatılacaq. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. 

O qeyd edib ki, 8 və 10 may tarixlərində Moskvada qeyd ediləcək Qələbə Günündə  Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Abxaziya, Cənubi Osetiya, Çin, Cənubi Afrika, Hindistan, Bosniya və Hersoqovina, Venesuella, Vyetnam, Almaniya, Misir, Kipr, Monqolustan, Makedoniya, Fələstin, Serbiya, Çexiya və Zimbabvanin liderləri iştirak edəcək. Həmçinin, BMT-nin Baş katibi Ban Gi Mun və YUNESKO-nun baş direktoru İrina Bokova da mərasimlə bağlı   Moskvaya səfər edəcək.