" Qardaşoğlu, Ad günün mübarək!"

..Onunla nə vaxt və harada taniş olmuşam,yadimda deyil. Amma onunla bağli yaddaşimda çox şeylər var. Biz dostlarin tez-tez görüşdüyü məkanlardan biri də Səməd Vurğun bağidir. Görüşər,söhbətləşər və dərdləşərik. Ora tez-tez bir cavan oğlan da gələrdi. Doğrusu həm görünüşü,həm davranişi diqqətimi cəlb etmişdi. Hündürboy ,ariq və gülərüz idi. Həmişə harasa tələsərdi. Həmişə də boynunda dolu çantasi, bir əlində iki telefonu, bir əlində də siqaret olardi. Əksəriyyətimiz yaşca ondan böyük olduğumuzdan bizə yaxinlaşanda siqareti gizlədərdi. Nəhayət,taniş olduq --Yusif Məhəmmədoğlu. İmkan duşdükcə görüşər söhbətləşərdik. ..Yusif ,söhbətcildir,adamla tez dil tapa bilir,özünəməxsus şirin,danişiği,məzəli söhbətləri var. Nədən danişir danişsin üzündə bir təbəssüm var həmişə. Öyrəndim ki,jurnalustdir, " Yeni Avropa" qəzetinin baş redaktorudur,həm də arada şeirlər də yazir. Az müddətdə dostlarin hamisinin rəğbətini qazandi.
 
......Dərd -qəmini bölüm sənin,
......Qucağinda ölüm sənin.
 .....Odum sənin ,külüm sənin
 ......Ana Vətən! Ana Vətən!


 Təkcə bu bənd Yusifin ürəyində nə boyda Vətən sevgisinin olduğunun göstərir. Elə həyati da, dostlari da, doğmalarini da,atasini və balalarini da eyni məhəbbətlə sevir şair dostumuz. Və təsadüfi deyil ki,ilk kitabinin adi da " Qocalmişam demə,ata ! " adlanir. Kitabda özünün yazdiği kimi,bu kitabi atama ithaf rtmişəm ki,atam qocalmişam deməsin. Axi atam qara saçlarini mənimçün,ailəsi üçün,balalar üçün ağardib. ...Yusifi yaxşi tanimaq üçün bir haşiyə çixim. Təxminən bir neçə il qabaq "Speyis " televiziya kanalinda söz adamlarinin "Bir söz de! " söz yarişmasi keçirilırdi. Yusif də tamaşaçi kimi tez-tez ora gəlirdi. Təbii ki, müəyyən səbəblərə görə özünün dəstəklədiyi iştirakçi da vardi. Mənim çixişlarima da biganə deyildi. Dörd həftə ardicil birinciliyi qazandiqdan sonra orada baş verənlərin ucbatindan yarişmani yarimçiq tərk etməli oldum. Geri qayitmaq üçün dostlarim çox təkid etdilər. Onlarin da biri Yusif idi. Heç cür əl çəkmirdi. Çox təkiddən sonra dedim ki, Yusif mən ora qayidaram.Amma sən əvvəlki Mehmani görməyəcəksən. Bunu qəbul edə biləcəksənmi? Başini aşaği salib susdu. Bildi ki, fikrimdə qətiyəm. Mən bir daha Yusifin nə boyda ürək sahibinin olduğunu hiss etdim. Bu onun həm mənə olan münasibətindən,həm də sözə olan sevgisindən doğan bir hiss idi. ...Mobil telefonlarin və internetin insanlarin həyatini qəsb etdiyi bu zamanda görüşmək bir az müşkülə çevrilib. Demək olar ki, Yusiflə hər gün feysdə yazişir ,hər həftə zəngləşirik. Amma bir də görürsən telefon açaraq,əmi,darixmişam sizlər üçün bəlkə görüşək? Məmuniyyətlə görüşüb söhbətləşirik. Aramizda yaş fərqi olduğuna görə o mənə "əmi ",mən isə ona "qardaş oğlu" deyə müraciət edirəm. ....Yusif çox zəhmətkeş oğlandir. Dostcanlidir. Ailəcanlidir.Mehriban və səmimidir. Allahdan bir istedad payi da var Yusifin. Seirlərinin məziyyətindən danişmayacağam. Bu haqda dostlar çox yazib. Hə,ony da deyim ki, yaxşi yol yoldaşliği var. Dəfələrlə rayonlarda tədbirlərdə bir yerdə olmuşuq! Yoldaşin rahatliği üçün əlindən gələni əsurgəmir. O qədər qayği göstərir ki, adam hətta utanir bir az.Taniyanlar Yusifi çox sevirlər. .......Söz adamlari gözəl bilirlər ki, bu gün yazmaq əzabli bir işdir. Şeir yazmaq da eynən əzablari yaşamaqdir. Yusif çiyinlərində təkcə seir yazmağin əzabini deyil,ömür yollarinda taleyin ona verdiyi əzablari da mərdliklə daşimaği bacaran bir fədakardir. Mən Yusifin xətrini çox istəyirəm. Onu tanidiğin gündən Yusif nə qazanibsa,özü qazanib. ....Sevimli şairimiz Məmməd İsmayil Ramiz Rövşənin 70 illiyinə yazdiği yazisinda qeyd edir ki, çayi keçməyə körpü olmayanda onun dayaz yerinə hər addimdan bir iri daşlar düzərlər. O daşlara "addamac" deyirlər. Gözəgörünməz Tanri əbədi boşluqlari doldurmaq üçün addamaclarsiz keçinmir,keçinə bilmir. Bu addamaclari salan sənət karvaninin əbədiyaşar təmsilçiləri onlara özlərinin də xəbəri olmadan verilən görəvi yaşadiqlari zamanlardan yaşayacaq zamanlara daşiyirlar. Dəyəri bilinməyən bu addamaclardan neçə-neçə sənət fədaisi keçib gedir. Qəribə olsa da, Yusifin öz yolu var,özünə bəlli olan yolu.

..Başqasina iş açmadim işimlə,
 ..Ox sindirdin,qilinc qirdim döşümlə,
 ..Qayalari parçalayib dişimlə,
..Yol açmişam ,iz açmişam tək özüm!

Açdiğin yolun mübarək! İzin mübarək,şair! Ad günün mübarək,qardaşoğlu!!!

Dost, qardaş, Əmi sevgisi ilə: Mehman Mayılxanlı