"Tərbiyəsizliyə dözə bilmirəm" - Təranə

"Mən həmişə qızıma demişəm ki, böyüyəndə üzümə ağ olsan, verdiyim tərbiyədən kənara çıxsan, səni övladlıqdan silərəm".

Sabahinfo.az bildirir ki, bu sözləri big.az-a açıqlamasında prodüser Təranə Səmədova deyib.

O, qızına verdiyi tərbiyədən söz açıb:

"Tərbiyəsizliyə dözə bilmirəm. Mən qızımı ağıllı böyütməyə çalışıram. Allah məni çox sınağa çəkib, əziyyətlər çəkmişəm. Hələ qızım uşaqdır, böyük danışmaq istəmirəm. Onu deyə bilərəm ki, Allah məni övladla mükafatlandırıb".