ABŞ-da tornado - - 35 ev dağıldı

ABŞ-ın Oklahoma-Siti şəhərində (Oklahoma ştatı) tornado baş verib.

Sabahinfo.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Oklahoma-Siti şəhər aeroportunun bütün əməkdaşları və sərnişinlər hava limanından təxliyyə edilib.

Şəhərin cənub-qərb bölgəsində yaşayış evlərinə ciddi ziyan dəyib. Belə ki, güclü külək ağacları aşırıb, nəqliyyatın hərəkəti çətinləşib, elektrik naqilləri sıradan çıxıb.

Oklahoma-Sitinin yaxınlığında yerləşən Bric-Krik şəhərində 25, Amber şəhərində isə 10 ev dağılıb.

Təbii fəlakət Nebraska ştatında da fəsadlar törədib, güclü külək 15 evə ciddi ziyan vurub. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.