Bakı metrosunda qatarda nasazlıq yarandı - sərnişinlər düşürüldü

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.

Bu barədə Sabahinfo.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Qeyd olunub ki. qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.

Həmin qatarın əvəzinə xəttə qatar verilib.