Bakı Şəhər Baş Səhiyyə İdarəsində özbaşınalıq

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin işçisi Abbasova Gülnar Rizvan qızı Prezident İlham Əliyevə müraciət edib. O, müraciətində Bakı Şəhər Baş Səhiyyə İdarəsində baş verən özbaşınalıqlardan, Mərkəzin yeni direktorun Elçin Əmirovun qanunsuz əməlləri barəsində ölçü götürülməsini Dövlət başçısı İlham Əliyevdən xahiş edib. 

Müraciəti olduğu kimi təqdim edirik:

 

 

Azərbaycan Respublikası Prezident Administrasiyasına

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin işçisi

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi, ev 27B

ünvanında yaşayan vətəndaş Abbasova Gülnar Rizvan qızı tərəfindən

 

 

MÜRACİƏT

 

 

Yazıb Sizə bildirmək istəyirəm ki, mən, Abbasova Gülnar Rizvan qızı 2008-ci ildən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin mərkəzləşdirilmiş mühasibatlığında kompüter üzrə mütəxəssis vəzifəsində çalışmışam. Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri daxil olmaqla Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi yaradıldıqdan və Mərkəzə yeni direktorun -Elçin Abdurahman oğlu Əmirovun təyinatından sonra mən və mənim kimi bir neçə işçinin İdarədən poliklinikalara aşağı əmək haqqı ilə operator vəzifəsinə məcburi şəkildə “rotasiya planı” məni Sizə müraciət etməyə vadar etdi.

Qeyd etmək istəyirəm ki, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin işçi sayı 31 ştat vahidindən ibarət olmuşdur. Yeni struktur dəyişikliyi ilə əlaqədar Mərkəzin ştat vahidi 165-ə çatdırılmışdır. Aprel ayına qədər İdarənin köhnə işçi heyətinin işlə təmin olunması barədə əmr verilsə də, artıq iyun ayı olmasına baxmayaraq, mənim hansı vəzifəyə və nə zaman təyin olunacağım məlum deyil. Kompüter üzrə mütəxəssis ştatının heç bir xəbərdarlıq edilmədən ixtisar olunması bəhanəsiylə yalnız rayon poliklinikalarına operator vəzifəsi təkidlə təklif olunur. Və artıq 32 nəfər yeni işçi işə qəbul olunmuşdur. Qalan boş olan ştatlar üzrə yerləşdirilmə isə guya qeyri-mümkündür. Dəfələrlə kargüzar, arxivçi vəzifələrinə qəbul olunmağım barədə müraciətlər etsəm də, hələ bir müsbət rəy verilməmişdir. İşçilərə qarşı tələblər formalaşmadan, onların təyin olunduqları vəzifəyə uyğun olmaları müəyyən edilmədən qeyri-peşəkar və təcrübəsiz işçilərin yalnız şəkili və ya Ədliyyə orqanlarının keçmiş əməkdaşları olduqları üçün işə götürülmələri təəccüblü deyilmi?! Yoxsa öz iş yerimdə qalmağım üçün mən də ya şəkili, ya Ədliyyə işçisi olmalıydım?! Cənab E.Əmirov bu təyinata qədər Şəki Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi vəzifəsində və Ədliyyə orqanlarında çalışmışdır və məhz bu səbəbdən “eks-kolleqaları”na bel bağlamağa daha çox “maraq” göstərir. Yeni təyinat alan hər bir işçinin şəxsi vərəqəsindəki məlumatlar əmək münasibətləri prosesində əsassız ayrı-seçkilik və hüquq pozuntusu hallarını bir daha aşkar edəcəkdir. Amma və lakin...Hər bir yüksək vəzifəli məmur ona göstərilən etimadı əməli fəaliyyəti ilə doğrultmalıdır, hər bir vətəndaşa qayğı ilə yanaşmalı, ən başlıcası isə məşğulluq və sosial rifah halının qorunması və yaxşılaşdırılması onun üçün prioritet sahə olmalıdır.

Mən əlavə heç bir qazanc mənbəyi olmayan , himayəsində yetkinlik yaşına çatmayan (azyaşlı) uşağı olan tək ana və işini sevən, pandemiya dövründə gecə-gündüz, istirahət bilmədən, ölkədə işçinin minimum əmək haqqı məbləğindən bir qədər çox gəlirlə səhiyyəmizə 14 il fasiləsiz və nümunəvi xidmət göstərən sadə Azərbaycan vətəndaşıyam. Və düşünürəm, istəyim də mövcud imkanlara görə təzadlı və fantastik deyil.

Sizdən xahiş edirəm, əmək sahəsində pozulmuş hüquqlarımın bərpası və müdafiəsi üçün məsələnin araşdırılmasına yardımçı olasınız və həlli yolunda zəruri tədbirlərin görülməsi istiqamətində göstəriş verəsiniz.

Onuda qeyd edək ki, sabahinfo.az saytına mərkəz direkrtoru E. Əmirovun mərkəzdə çalışan qohumlarının siyahısı da daxil olub. 
Siyahıya görə, yeni rəhbər təyinatlarda qohumluq münasibətlərinə üstünlük verir. 

 

“Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxsə yeni qəbul olunmuş Elçin Əmirovun öz adamları

  1. Əmirov Elçin Əbdürəhman-Direktor- əvvəlki iş yeri Ədliyyə Nazirliyi və Şəki rayon Mərkəzi Xəstəxanası
  2. Qasimov Mehman Məhəmməd-Direktorun müavini-Ədliyyədən gəlib
  3. Qaffarov Zaur Rauf- Kadrlar şöbəsinin müdiri-Şəki-öz adamı
  4. Mirzəyev Fəxri Fuad-Direktorun köməkçisi- öz adamı
  5. Hacıyeva Şəfəq Lütvəli-Aparıcı mütəxəssis-Şəki-öz adamı
  6. Yusifova Gülnarə Afiq- Departament rəhbəri-öz adamı
  7. Ağayev Sərxan Savadxan-mütəxəssis-öz adamı
  8. Əmrahova Aytel Qurbanəli-Mütəxəssis-Şəki-öz adamı
  9. Həsənova Şəbnəm İbrahim-mütəxəssis-öz adamı
  10. Əmirli Mülayim Akif-mütəxəssis- Şəki- qohum -öz adamı
  11. Kərimov Mübariz Novruz-mütəxəssis-öz adamı
  12. Bağırova Nərgiz İlham-Aparıcı mütəxəssis-Şəki öz adamı
  13. Əliyev Elbrus İsmayıl-aparıcı hüquq məsləhətçisi-Şəki-öz adamı
  14. İldırımzadə Vüsalə Natiq- aparıcı hüquq məsləhətçisi- 10.02.2022-ci il tarixdən əmri verilib işə gəlmir.
  15. İbrahimova Nəzakət Dadaş-mütəxəssis- işə gəlmir
  16. Hacıyev Ehtiram İlham-mütəxəssis-qohum-öz adamı
  17. Usubov Sönməz Sahib- mütəxəssis-Şəki-öz adamı
  18. Hacıyeva Kəmalə Nadir-mütəxəssis-öz adamı
  19. Fərəcova Günel Elxan-mütəxəssis- Şəki -öz adamı
  20. Mahmudzadə Məshəti Şəfəq- kadrlar üzrə mütəxəssis-öz adamı

“Bakı Baş Səhiyyə Mərkəzində işə qəbul zamanı İcbari Tibbi Sığortanın təlimatına əsasən qohumluq əlaqələrinin nəzərə alınmasına baxmayaraq hal hazırda Mahmudzadə Məshəti Şəfəq- həyat yoldaşı Mahmudzadə Yadigar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində büdcə planlaşdırılması və icraya nəzarət şöbəsinin müdiridir.

Eyni zamanda Maliyyə Departamentində ana - Adıgözəlova Elmira Adıgözəl və qızı Ağazadə Hülya Tahir qızı olmaqla hər ikisi mühasib kimi fəaliyyət göstərir.

Bakı Baş Səhiyyə Mərkəzinin 7 nəfər kompyuter üzrə mütəxəssisi var. Onlardan 1 nəfər Mərkəzin yeni ştatında işlə təmin olunmuş, 6 nəfər isə hal-hazırda yeni ştata işə qəbul olunmayıb.

  1. Abbasova Gülnar Rizvan qızı
  2. Bəşirova Xəyalə Şahsuvar qızı
  3. Qarayeva Rəqsanə Tofiq qızı
  4. Əmirova Nuranə Hikmət qızı
  5. Babayeva Rəvanə Rəşid qızı
  6. Süleymanova Elina Xiçmətovna   

P.S. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.