Bakıda 16 yaşlı qız itkin düşdü

Bakıda 16 yaşlı qız itkin düşüb.

Sabahinfo.az xəbər verir ki, paytaxtın Xətai rayonu Sarayevo küçəsindəki evlərdən birində yaşayan 1981-ci il təvəllüdlü D.Nuhzadə polisə ərizə ilə müraciət edərək, onunla eyni ünvanda yaşayan qızı 2007-ci il təvəllüdlü Nuhzadə Aysun Zaur qızının evi tərk edərək itkin düşdüyünü bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində araşdırma aparılır.