"Bakıda 73 il yaşayan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir" - Deputat

"Hər gün Bakıda tıxaclarla qarşılaşırıq. 10-15 dəqiqə səhər, elə bu qədər də işdən sonra tıxacda qalsaq, bu təxminən il ərzində 6,7 gün edir".

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat İltizam Yusifov deyib.

Bir insan Bakıda il ərzində ömürünün 6,7 gününü tıxacda keçirir. Dünyanın ən tıxaclı şəhərləri İstanbul və Moskva sayılır. Bu rəqəm orada 5-dən bir az artıqdır. Bizdə kişilər üçün orta yaş həddi 73 ildir. Demək, bu minvalla Bakıda 73 il yaşayan şəxs ömrünün 1,5 ilini tıxacda keçirir. Bu çox böyük rəqəmdir", - deyə deputat qeyd edib./unikal