Bakıda ana 4 uşağı ilə itkin düşdü

Bakıda ana və 4 uşağı itkin düşüb.

Sabahinfo.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Maştağa qəsəbəsində yaşayan A.Salamzadə  Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə müraciət edib.

A.Salamzadə bildirib ki, onunla eyni evdə yaşayan, arvadı - 1991-ci il təvəllüdlü Q.Salamzadə, övladları - 2004-cü il təvəllüdlü Ə.Salamzadə, 2006-cı il təvəllüdlü A.Salamzadə, 2008-ci il təvəllüdlü A.Salamzadə və 2010-cu il təvəllüdlü S.Salamzadə oktyabrın 4-də yaşadıqları ünvanda çıxıblar və geri qayıtmayaraq itkin düşüblər.

Araşdırma aparılır.