Bakıda intihara cəhdin qarşısı alındı

Bakının Binəqədi rayonunda intihara cəhd olub.

Sabahinfo.az xəbər verir ki, hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsi 123 ünvanında baş verib. 9 mərtəbəli binanın damına çıxan kişi özünü atmaq istəyib.

Ərazidə xidmətdə olan polis əməkdaşları tərəfindən cəhdin qarşısı alınıb.