Bakıda küçəyə şəhid Səbuhi Əhmədovun adı verildi

Bakının Xətai rayonunda yerləşən küçələrdən birinə şəhid gizir Səbuhi Əhmədovun adı verilib.

Sabahinfo.az xəbər verir ki, "Abidə" küçəsinin adı dəyişdirilərək “Səbuhi Əhmədov” adlandırılıb.

Qeyd edək ki, S.Əhmədov 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olub.