Bakıda mebel sexində  PARTLAYIŞ: Ölənlər var - VİDEO

Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

12:58

Bakıda sexdə partlayış nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir.

Sabahinfo.az xəbər verir ki, bu barədə hadisə yerindən məlumat verilir.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Asif Məmmədli hadisə yerinə gəlib./APA

***

12:35

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

12:24

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində sexdə partlayış olması barədə ilkin məlumat daxil olub.

Sabahinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əlavə məlumat veriləcək.

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları da əraziyə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.