Bakıda qadın polis bölməsinin həyətində ərini bıçaqlayıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Sabahinfo.az "report"-a istinadən bildirir ki, hadisə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinin həyətində qeydə alınıb.

Belə ki, həyat yoldaşı N. J. tərəfindən övladları ilə görüşməyə icazə verilməyən 1988-ci il təvvəlüdlü N.H. adlı şəxs hündürmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları onu fikrindən daşındıra bilib və polis bölməsinə aparıblar.

Daha sonra 34-cü polis bölməsinin həyətində N.H. ilə həyat yoldaşı arasında mübahisə düşüb. Nəticədə qadın üzərində gəzdirdiyi bıçaqla ona kürək nahiyəsindən xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.