Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyəti açıqlayıb.

Mərkəzdən Sabahinfo.az-a verilən xəbərə görə, hazırda Bakıda sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:
Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;

6. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;

7. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından Koroğlu m/st istiqamətində (dairəyə qədər);

10. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

14. Babək prospekti, mərkəz istiqamətində;

15. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

16. 20 Yanvar dairəsində;

17. Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində sıxlıq müşahidə olunur.