Bakıda “Toyota” markalı maşının sürücüsü qəza şəraiti yaratdı - VİDEO

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb.

Bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə paytaxtın Yusif Səfərov küçəsində, Mərkəzi Neftçilər Xəstəxanasının yaxınlığında baş verib.

Belə ki, “Toyota Camry” markalı 10-SY-115 dövlət nömrə nişanlı avtomobil yol hərəkəti qaydalarını pozaraq ötmə zolağından üçüncü yola dönmə əməliyyatı edib. Bu zaman hərəkətdə olan digər nəqliyyat vasitələrinə qəza şəraiti yaradıb.

Digər sürücülərin ehtiyatlı davranması səbəbindən qəza baş verməyib.

Sürücünün qayda pozduğu anın görüntülərini təqdim edirik: