Bakıda üçəm doğulub

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 4 il sonsuzluq sonrası üçəm körpələr dünyaya gəlib.

İnstitutdan Sabahinfo.az-a verilən məlumata görə, qadın ekstrakorporal mayalanma sonrası hamiləlik, 4 il sonsuzluq, üçəm hamiləlik diaqnozları ilə İnstituta müraciət edib, hamiləliyinin 7-ci həftəsindən etibarən ETMGİ-nin mama-ginekoloqu Leyla Süleymanovanın nəzarətində olub.

9 aylıq period zamanı Hamiləliyin Patologiyası şöbəsində stasionar müalicələrlə təmin olunan qadına hamiləliyin 34-cü həftəsində vəziyyəti ilə əlaqədar L. Süleymanova tərəfindən qeysəriyyə kəsiyi əməliyyatı icra olunub.

Sağlam şəkildə dünyaya gələn üçəmlər heç bir reanimasion tədbirə ehtiyac olmadan evə yola salınıb.