Bakıda yük avtomobili aşdı - Yaralılar var - YENİLƏNİB

Bakı dairəvi yolunda yük maşını aşıb, xəsarət alan var.

Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.

Belə ki, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Nəsir Qasımovun idarə etdiyi "Mercedes" markalı, 90-OA-693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

 

11:16

Bu gün Bakı şəhər Qaradağ rayonu ərazisində - “Sədərək” ticarət mərkəzinin yaxınlığında ağır yol qəzası baş verib.

Sabahinfo.az xəbər verir ki, yük avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü şok vəziyyətinə düşüb və ətrafdakl şəxslərin ilkin tibbi yardımı ilə özünə gəlib.

Hadisə ilə bağlı araşdırma aparılır. /Qafqazinfo