“BakuBus” Bakı - Sumqayıt yeni marşrut xətti üzrə fəaliyyətə başlayır

“BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.

Sabahinfo.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-in mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.