Balaca Cəmilənin sözləri ağlatdı: “30 saatdır atamın meyiti ilə buradayam” - VİDEO

Türkiyədə baş verən dağıdıcı zəlzələdən sonra dağıntılar altında qalan insanlar üçün axtarış-xilasetmə əməliyyatları davam edir. Bununla bağlı yayılan kadrlardan biri isə izləyənləri göz yaşına boğub.

Görüntülərdə dağıntılar altında qalan qızcığazın çıxarılması üçün işlər görüldüyü əks olunub. Xilasedicilərdən biri bu müddətdə uşağı təsəlli etmək üçün onu tezliklə çıxaracağını deyir, adını soruşur.

Adının Cəmilə olduğunu bildirən qızcığazın bundan sonra dedikləri isə hər kəsi qəhərləndirib:

“30 saatdır atamın meyiti ilə buradayam...”