Avropa İttifaqı komissarı Bakıya gəlir

Avropa İttifaqının (Aİ) Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı Yohannes Han sabah Azərbaycana səfər edəcək.

Avropa İttifaqının (Aİ) Bakıdakı nümayəndəliyinin məlumatına görə, səfər aprelin 9-na kimi davam edəcək.

Azərbaycanda keçiriləcək görüşlər zamanı Avropa Qonşuluq Siyasəti İcmalı üzrə davam edən məsləhətləşmələr, "Şərq tərəfdaşlığı” üzrə Riqa sammiti və Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlər ətrafında müzakirələr aparılacaq.

Xatırladaq ki, bu, Yohannes Hanın Avropa İttifaqının Avropa qonşuluğu siyasəti və genişlənmə üzrə komissarı vəzifəsinə təyin olunmasından sonra Bakıya ilk səfəridir.