Avropa Yayımları Birliyindən Azərbaycana qarşı təxribat

İTV "Avroviziya-2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib.

BakuPost.az-ınməlumatına görə, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Facebook" səhifəsində bildirilir.

Məlumatda bildirilir ki, dünən "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi aşkarlanıb: "Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyir".