Axtarışda olan şəxslər tutulub

Bakıda axtarışda olan 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindənverilən xəbərə görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1986-cı il təvəllüdlü Murad Muradov, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1949-cu il təvəllüdlü Müstəcəb Səfərov tutulub.

Faktlarla bağlı araşdırma aparılır.