Baydenin Ukraynaya milyardlarla dollarlıq yardım təklifi senatdan dəstək aldı

ABŞ Senatındakı demokratlar və respublikaçılar partiyalarının liderləri Ukraynaya yardımın davam etdirilməsinə dəstəklərini ifadə ediblər.

Prezident Co Bayden keçən ay Konqresdən əlavə xərclər üçün 40 milyard dollar, həmçinin Ukraynanın rusiyalı işğalçılarla mübarizəsini dəstəkləmək və digər beynəlxalq ehtiyaclar üçün 24 milyard dollarlıq təklifləri təsdiqləmələrini xahiş edib.

“Biz Ukraynadakı dostlarımızı indi həmişəkindən daha çox dəstəkləməyə davam etməliyik, çünki Putin qüvvələrinə qarşı əks-hücum ən qızğın çağındadır”, - deyə Senatda demokratik çoxluğun lideri Çak Şumer bildirib.