“Bayrağımızı dalğalandırmaq istəyərkən düşmən atəş açdı” - VİDEO

Xəbər verildiyi kimi, iyunun 15-i saat 8 radələrində Ermənistanın Silahlı Qüvvələrinin növbəti terror-təxribat-provakasiya əməlləri nəticəsində hərbi qulluqçu, gizir Elşən Rüstəmov yaralanıb.

Sabahinfo.az REAL TV-yə istinadən xəbər verir ki, hərbi qulluqçumuzun həyati təhlükəsi yoxdur.

E.Rüstəmov hazırda intensiv müalicə alır.

Sol ayaq nahiyəsindən yaralandığını bildirən hərbçimiz deyib ki, üçrəngli bayrağımızı dalğalandırmaq istəyərkən düşmən atəş açmağa başlayıb.