Bayram günlərində 8 nəfər yol qəzasında ölüb

Qeyri-iş günlərində, yəni yanvar ayının 1-6 tarixləri aralığında respublika ərazisində ümumilikdə ölüm və xəsarətlə nəticələnən 20 yol-nəqliyyat hadisəsi baş verib.

Sabahinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, qəzalar nəticəsndə 8 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb.