Bayram tonqalını söndürən qadını döyən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Nəsir İmanovun barəsindəki bəraət hökmündən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

Səbail Rayon Məhkəməsinin hökmü ilə o, qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

İttihama görə, 1969-cu il təvəllüdlü Nəsir İmanov 8 mart 2022-ci il tarixində, saat 21 radələrində yaşadığı paytaxtın Səbail rayonu, M.Hüseyn küçəsində 80 saylı binanın həyətində ailə üzvləri ilə birlikdə bayram tonqalı yandırıb. Bu zaman tonqala onun qonşusu, zərərçəkmiş Sevda Əzizova vedrə ilə su tökərək söndürmək istəyib. Təqsirləndirilən şəxsin azyaşlı oğlu qadının qarşısına keçib, əlində olan vedrədəki suyu yerə töküb. Zərərçəkmiş şəxs isə əlindəki vedrə ilə azyaşlının başına vurub. Daha sonra Nəsir İmanovla Sevda Əzizova arasında mübahisə yaranıb. Nəticədə o, qəsdən yumruqla qadının başına və təpiklə əlinə zərbələr vuraraq yerə yıxıb. Polis əməkdaşları tərəfindən saxlanılan Nəsir İmanovun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.