Azay Quliyev Binəqədi gənclərinin valideynlərinə məktub yazdı...

DeputatAzay Quliyev2 Fevral Gənclər Günü münasibəti ilə təhsilində və ictimai fəaliyyətində fərqlənən bir qrup gəncin valideyninə-seçicilərinətəşəkkür məktubuünvanlayıb.
Məktubda deyilir:
Hörmətli Quliyevlər ailəsi
Mən, 2 fevral Gənclər günü münasibəti ilə Sizə müraciət edirəm.
Məlum olduğu kimi, bu günlərdə 2 fevral tarixinin Gənclər günü elan olunmasından 20 il keçir.
Sevindirici haldır ki, övladınız Quliyeva Sona ölkəmizin və bilavasitə sakini olduğu Binəqədi rayonunun fəal gənclərindən biridir.
Cəmiyyətimiz üçün Sona kimi savadlı, fəal və çalışqan bir gənc yetişdirdiyinizə görə, deputatınız olaraq Sizə dərin təşəkkürümü bildirirəm.
2 fevral Gənclər günü münasibəti ilə Sonanı təbrik edir, ona təhsilində və işlərində uğurlar arzulayıram.
Qeyd edək ki, bu gün Azay Quliyevin 2 fevral Gənclər günü münasibəti ilə Binəqədi gəncləri ilə görüşündə də deputatın məktubuna toxunulub. Gənclər çıxış edərək təhsilində və ictimai fəaliyyətində fərqlənən bir qrup gəncin valideyninə Gənclər günü münasibəti ilə ünvanladığı məktuba görə deputatları Azay Quliyevə təşəkkürlərini bildiriblər.
Binəqədi gənclərindənSona Quliyevaöz təşəkkürünü həm dəsosial şəbəkədəçatdırıb. O, deputat Azay Quliyevə diqqətinə görə minnətdarlıq edib.