Azərbaycanda 80 cinayət növü üzrə cəza yüngülləşdirilir

Cinayət Məcəlləsində dəyişiklik ediləcək.

Milli Məclisdən verilən məlumata görə, dəyişikliyə əsasən, 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılır.

Bununla yanaşı, 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

Qanun layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq.