Azərbaycanda dəhşətli cinayət: - anasını döyə-döyə öldürdü

Gədəbəydə qətl törədilib. Lent.az-ın məlumatına görə, dünən Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.

 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.