Azərbaycanda külli miqdarda narkotik vasitə aşkarlandı

Cəlilabad rayonunda külli miqdarda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Cəlilabad RPŞ əməkdaşları tərəfindən Xanəngah kəndi ərazisindəki taxıl zəmisinə baxış zamanı orada gizlədilən 6 kiloqram 775 qram heroin və 3 kiloqram 530 qram tiryək aşkar edilərək götürülüb.