Azərbaycanlı həmcinslərini Türkiyədə satan qadın azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Gülnar Mirzəyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Oxu.azxəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilibvə qadın məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü G.Mirzəyeva ötən il həbsedilib. O, azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham edilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən G.Mirzəyevanın barəsində bir qrup şəxs idarəyə müraciət edib.

Müraciət edən zərərçəkmiş qadınlar bildiriblər ki, G.Mirzəyeva onları aldadaraqişləmək adı ilə Türkiyənin İstanbul şəhərinə aparıb. Orada onların ümumvətəndaş pasportlarını əlindən alıb, hotellərdə başqa-başqa kişi müştərilərlə pul əvəzində görüşdürərək pul qazanıb.